ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
“Cənubi Azərbaycanda keçən illərdə Azərbaycan dilinin assimlyasiyaya uğraması və eyni zamanda bu dilin farslaşdırılması istiqamətində uzun illər boyu bir təhqiqat aparılıb. Son 20 ildə ailələr çalışırdılar ki, uşaqları tez fars dili öyrənsinlər. Farslaşma prosesi sürətlə inkişaf ediridi. Və buna qarşı ciddi müxalifət yox idi, görünmürdü. Ailələr deyirdilər ki, “uşaqlarımız farsı öyrənsinlər, getsinlər universitetlərə və ali məqamlara çatsınlar, tez iş tapsınlar”. Buna görə də uşaqlar fars dilini və türk dilini öyrənir. Ana dilini öyrənməyə rəğbət göstərmirdilər”.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, son on ildə bu proses bir qədər dəyişib.
Maşallah Rəzmi
“Ailələr çalışır ki, öz mədəniyyətlərini və öz dillərini müdafiə etsinlər. Bununla yanaşı, bu gün həmin ailələr Türk olmaqları ilə fəxr edirlər. Bunun da müxtəlif səbəbləri var. Onlar hesab edirdilər ki, "fars dilini öyrənsələr tez iş tapacaq, yüksək məqamlara çatacaqlar". Amma fars dilini öyrənib, universitetdə oxuyan azərbaycanlılar sonradan iş tapa bimədilər. Öyrəndikləri dilin bəhrəsini görə bilmədilər. Bu gün yeni nəsil başa düşür ki, fars dili ilə irəli gedə bilməyəcəklər”-deyə Maşallah Rəzmi qeyd edib. Siyasi şərhçi vurğulayıb ki, bu səbəbdən yeni nəsil çalışır ki, ana dillərini və ingilis dilini yaxşı öyrənsinlər.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.