Oktyabrın 31-də paytaxtın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal”a müraciət edən şikayətçi bildirib ki, qeyd edilən tarixdə saat 18:50 radələrində "99 L 891" nömrəli motosiklet park edilmiş "90 YL 083" dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində, avtomobilə ciddi maddi ziyan dəyib.
Motosikleti idarə edən şəxsin sürücülük vəsiqəsi olmayıb. Həmçinin sözügedən motosiklet qəzanı törədən şəxsə deyil, onun dostuna məxsus olub. Motosikletin sahibi isə polisə yalan məlumat verərək bildirib ki, motosikleti özü idarə edib.
Şikayətçi bildirir ki, öz sığortası tərəfindən avtomobilin təmirinə başlanılıb. Lakin, nəqliyyat vasitəsinə dəyən zərər nəticəsində onun bazar dəyəri xeyli aşağı düşüb.
Şikayətçi ona dəymiş maddi zərərin ödənilməsini tələb edir.