Bakıda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
"Bakuinfo" xəbər verir ki hadisə noyabrın 16-da gecə saatlarında Nəsimi rayonu, Abay döngəsi küçəsində qeydə alınıb.
Belə ki, 2011-cü il təvəllüdlü Nihal Qocayeva yaşadığı hündürmərtəbəli binanın 16-cı mərtəbəsinin eyvanından yıxılıb.
O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.