AZ

Nazirlikdən Xatirənin iddialarına cavab

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, müğənni Nura Surinin dövlət konsertlərinə dəvət almaması ilə bağlı paylaşımına bir çox sənət adamı da qoşulub.

Axşam.az-ın məlumatına görə, onlar arasında müğənni Xatirə İslam da yer alıb. O bildirib ki, illərdir Mədəniyyət Nazirliyinin keçirdiyi tədbirlərdə yer almır.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən "Qafqazinfo"ya açıqlama verilib. Nazirlikdən bildirildi ki, müğənni özü dəvətlərdən imtina edib: 

“Son bir il ərzində Xatirə İslam 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Xankəndi şəhər Günü çərçivəsində keçirilən rəsmi tədbirlərə Mədəniyyət Nazirliyi tərəfindən iki dəfə dəvət olunub. Xatirə İslam isə hər iki halda şəxsi səbəblər göstərərək iştirakdan imtina edib.

Mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərə dəvət olunan şəxslərin iştirak qərarı onların öz səlahiyyətidir. Lakin sonradan bu dəvətlərin guya verilməməsi barədə səsləndirilən iddialar əsassızdır və faktların təhrifinə yönəlmiş addım kimi qiymətləndirilir.

İctimaiyyətə yanlış məlumat ötürülməsi, faktların manipulyasiyası və reputasiyaya yönəlmiş cəhdlər qəbuledilməzdir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
135
3
axsam.az

5Mənbələr