AZ

Bakı-Şamaxı–Yevlax yolunun 106-cı kilometrliyində qışa hazırlıq tədbirləri görülür » AzadMedia.az


Qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı-Şamaxı–Yevlax avtomobil yolunun 106-cı kilometrliyində təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə profilaktik tədbirlər həyata keçirilir.

Azadmedia.az xəbər verir ki, 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin əməkdaşları hazırda ərazidə gücləndirilmiş iş rejimində çalışırlar. Yolun hər iki istiqamətində böyük texnika və canlı qüvvənin iştirakı ilə duz-qarışıq qum yığıntıları hazırlanaraq kənar hissələrə yerləşdirilir. Bu tədbirlər qış aylarında mümkün şaxta, buzlanma və çətin hava şəraiti zamanı sürüşmələrin qarşısının alınmasına yönəlib.

İdarədən bildirilib ki, qarşıdan gələn qış mövsümündə sürücülərin təhlükəsizliyi və yolun fasiləsiz işlək vəziyyətdə saxlanılması üçün bütün zəruri addımlar atılır. Hazırlıq prosesi planlı şəkildə davam etdirilir və hava şəraiti kəskinləşdiyi halda operativ müdaxilə üçün bütün resurslar səfərbər olunacaq.

Azadmedia.az olaraq sürücülərə hava şəraitini nəzərə alaraq ehtiyatlı hərəkət etməyi tövsiyə edirik.
Seçilən
89
azadmedia.az

1Mənbələr