AZ

Artıq Avrasiya miqyasında yeni güc mərkəzi formalaşır - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Noyabrın 16-da Daşkənddə keçirilən “Mərkəzi Asiya+Azərbaycan” formatlı 7-ci Məşvərət Görüşü diplomatik toplantı olmaqla yanaşı, regionun gələcək onillikləri üçün strateji yöntverici hadisədir. Prezident İlham Əliyevin bu məkan­dakı mötəbər platformaya qatılması və çıxışı Azərbaycanın həm siyasi gücündə, həm də Türk-İslam dünyası içində yüksələn nüfuzunda yeni mərhələ açdı”.

Bunu Hafta.az-a siyasi şərhçi Əkbər Qoşalı deyb.

Ekspert bu prosesdə ən önəmli məqam kimi Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul olunmasını qeyd edib:

“Bu qərar əslində regionda baş verən bütün geosiyasi dəyişikliklərin məntiqi nəticəsi kimi meydana çıxdı. Azərbaycanın bu formatdakı aparıcı mövqeyi təsadüfi deyil, əlbəttə. Əlbəttə, II Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Zəfər Qafqazın siyasi xəritəsini dəyişdiyi kimi, Türk dünyasının strateji müstəvisində də güc balansını yenilədi. Qafqazla Mərkəzi Asiya arasında yeni strateji körpü məhz bu Zəfərin yaratdığı getçəklik üzərində quruldu. Prezidentlər tərəfindən Zəngəzur dəhlizinin ayrıca vurğulanması da təsadüfi deyildi. Çünki bu dəhliz bir yol olmaqdan daha üstün anlam daşıyır. Bu yol Mərkəzi Asiyanın, Türk dünyasının nəfəs borusudur, inteqrasiyanın sinir sistemidir".

Bu gün Mərkəzi Asiyanın dünyanın böyük güclərinin rəqabət meydanı olduğunu vurğulayan Ə.Qoşalı qeyd edib ki, Çin “Bir kəmər-bir yol”, ABŞ yeni strateji baxış, Rusiya tarixi təsir dairəsi, Avropa Birliyi , o cqmlədən Fransa və Almaniya enerji təhlükəsizliyi xətti ilə bu coğrafiyada dayaqlar qurmağa çalışır:

"Amma Mərkəzi Asiyanın əsil sahibləri – türksoylu qardaş ölkələr və İslam mədəniyyətinə mənsub dost dövlətlər – öz gündəmlərini özləri müəyyən etməyə başlayıb. Daşkənd görüşü məhz bu siyasi yetkinliyin təzahürüdür. Azərbaycanla Mərkəzi Asiya arasındakı işbirliyi yalnız iqtisadi maraq deyil. Bu işbirliyi qardaşlıq bağlıqlarına, ortaq yaddaşa, dini-mənəvi bağlara, türk kimliyinə dayanır. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistan üçün Azərbaycan bu gün artıq Qafqaza ən rahat çıxış, Xəzərdən Avropaya açılan qapı, Türk Dövlətləri Təşkilatının Qərbdəki strategiya mərkəzi, enerji və logistik təhlükəsizliyinin qarantıdır".


Ə.Qoşalı bildirib ki, zəfərdən sonra Azərbaycanın artan nüfuzu Mərkəzi Asiyada güvənlə qarşılanır:

“Daşkənddə qəbul olunan siyasi ismarıclar göstərdi ki, Mərkəzi Asiya və Azərbaycan artıq regional konseptdən çıxaraq, Avrasiya miqyasında yeni güc mərkəzi formalaşdırır. Orta dəhliz, Transxəzər dəhlizi, enerji layihələri, rəqəmsal inteqrasiya, müdafiə və təhlükəsizlik işbirliyi – bunların hər biri “Türk Yolu”nun konturlarını cızır.

nəmli bir detala da diqqət çəkək: Mərkəzi Asiya liderləri ABŞ-dan yenicə qayıdıblar və avqustda məhz ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan–Ermənistan sülh prosesində ciddi irəliləyiş əldə olunub. Bu göstərir ki, qlobal güclər belə, Türk-Avrasiya xəttində Azərbaycanın rolunu nəzərə almadan yeni xəritə qura bilmir. Azərbaycan bu prosesin həm ürəyi, həm də ağılıdır”.

Ə.Qoşalı deyib ki, Mərkəzi Asiya Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakı həm də tarixi missiyanı ifadə edir. Onun sözlərinə görə, bu gün Azərbaycan Türk dünyasının möhkəm dayağı, ümumtürk çadırının orta dirəyi, Türkiyə–Türküstan xəttinin Qafqaz körpüsü, Avrasiyanın enerji və logistik arteriyası, yeni geosiyasi fazanın intellektual mərkəzidir:

"Daşkənd görüşü bir daha göstərdi ki, Azərbaycan bütövlükdə Avrasiya məkanının əsas strateji oyunçularından biridir. Azərbaycan bu prosesin mərkəzindədir - həm dövlət olaraq, həm də bir ruhun, bir tarixin, bir gələcəyin daşıyıcısı kimi”.

Tahirə Qafarlı

Seçilən
118
50
hafta.az

10Mənbələr