AZ

Mirzoyan ABŞ dövlət katibinin müavini ilə regional məsələləri müzakirə edib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin müavini Elison Hukerlə görüşüb.

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmsöhbətlər Ermənistan-ABŞ strateji tərəfdaşlığının inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

Hər iki tərəf enerji, infrastruktur, süni intellekt və investisiyaların təşviqi daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını vurğulayıblar.

Məlumata görə, Mirzoyan və Huker digər regional mövzular ətrafında da fikir mübadiləsi aparıblar.

Daşqın HəsənovMissiya.Az

Seçilən
40
missiya.az

1Mənbələr