AZ

Trampı şizofreniya xəstəsi adlandırdı

"ABŞ prezidenti Donald Tramp xarici siyasətdə özünü “bir növ şizofreniya xəstəsi” kimi təqdim edir: o, gah Rusiya ilə dostluq edir, gah fikir ayrılıqlarında olur, gah Avropa İttifaqını tərifləyir, gah da tənqid edir". 

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Ron Aledon deyib. 

Onun sözlərinə görə, problem ondadır ki, Ağ Ev rəhbəri çox asanlıqla təsirlənir.

"Trampın mövqeyi bu gün ən son danışdığı şəxsin mövqeyidir. Deməli, bu gün səhər kiminləsə "yaxşı" danışanda Donald Tramp deyir ki, "Rusiyadan uzaq durun, bu, bizim müharibəmiz deyil,  2014-cü ildə Ukraynada çevriliş olub". Lakin günün sonunda o, “pis” biri ilə danışır və hiddətlə bəyan edir ki: "Günahkar Rusiyadır”, - Aledo qeyd edib.

Seçilən
47
2
unikal.az

3Mənbələr