ain.az bildirir, Bakivaxti portalına istinadən.
Keniya SİMA və "mygov" həllərinin tətbiqində maraqlıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Keniya Respublikasının informasiya, rabitə və rəqəmsal iqtisadiyyat naziri Vilyam Kaboqo Gitau ilə görüşdük. Rəqəmsallaşma, o cümlədən peyk xidmətləri sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Qarşı tərəf SİMA və "mygov" həllərinin Keniyada tətbiqində maraqlı olduğunu bildirdi", - deyə o qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.