AZ

BBC: Trampın iddia qaldırmağa hüquqi əsası yoxdur...

Britaniya korporasiyası: “Panorama” ABŞ-də yayımlanmayıb və prezidentə zərər vurmayıb…

Poliqon xəbər verir ki, The Times nəşrinin məlumatına görə, Britaniyanın BBC korporasiyasının hüquqşünasları ABŞ prezidenti Donald Trampın qaldırmaq istədiyi milyardlıq iddianın hüquqi əsası olmadığını bildiriblər. BBC Trampın vəkillərinə rəsmi şəkildə çatdırıb ki, o, tələb etdiyi 5 milyard dollarlıq kompensasiyanı ala bilməz.

Məlumata görə, BBC rəhbərliyi Trampın hədəf aldığı “Panorama” proqramının ABŞ ərazisində yayımlanmadığını, buna görə də onun reputasiyasına zərər vurmasının mümkün olmadığını vurğulayıb. Korporasiya bildirib ki, proqramın ABŞ media məkanında təqdim olunmaması iddianın hüquqi əsaslarını tamamilə sıradan çıxarır və BBC məhkəmədə bu mövqeni müdafiə etməyə hazırdır.

Trampın hüquq komandası “Panorama”nın onun haqqında “yanıltıcı və reputasiyanı zədələyən məzmun” yayımladığını iddia edir. Lakin Britaniya tərəfi bunun faktiki olaraq ABŞ auditoriyasına çatmadığını deyərək ittihamı əsassız hesab edir.

Mütəxəssislər hesab edirlər ki, beynəlxalq yayımın olmadığı halda reputasiya zərəri iddialarının sübut edilməsi həm Britaniya, həm də ABŞ hüququ baxımından son dərəcə çətindir və BBC-nin mövqeyi güclü görünür.

Poliqon.info

Seçilən
38
poliqon.info

1Mənbələr