"Arsenal" klubu "Feyenoord"un futbolçusu Kvinten Timberlə maraqlanır.
Offsideplus.az xəbər verir ki, "topçular" niderlandlı futbolçu ilə yarımmüdafiə xəttini gücləndirmək istəyir.
Bu barədə "Caught Offside" məlumat yayıb.
Timber 2022-ci ildən "Feyenoord"da çıxış edir. O, burada 115 oyunda 19 qol vurub və 14 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 24 yaşlı futbolçunun əkiz qardaşı - Yürrien Timber də "Arsenal"ın formasını geyinir.