Bakı. Trend:
2026-cı il mayın 17-də Azərbaycan ərazisində 13-cü ÜmumdünyaŞəhərsalma Forumu (WUF13) çərçivəsində yeni şəhər gündəliyi iləbağlı nazirlərin xüsusi yüksək səviyyəli iclası keçiriləcək.
Trend xəbər verirki, bunu bu gün BMT-nin Məskunlaşma Proqramının xarici əlaqələr,strategiyalar, biliklər və innovasiyalar üzrə direktoru EdlamYemeru Bakıda diplomatik korpus üçün WUF13-ə həsr olunmuş brifinqdəbildirib.
“Məhz burada üzv dövlətlərlə sıx əməkdaşlığa ümid edirik”, -deyə o bildirib.
Yemeru eyni zamanda, Ümumdünya Şəhərsalma Forumunun ən dinamikməkanlarından biri olan, müxtəlif tərəfdaşlar, üzv dövlətlər vəqurumların müxtəlif məsələlər üzrə öz həllərini və nailiyyətlərininümayiş etdirə biləcəyi Urban Expo sərgisinin keçiriləcəyinidiqqətə çatdırıb.
O əlavə edib ki, WUF13 ərəsəfində Bakıda Şəhərsalma Həftəsininkeçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, WUF13 17-22 may 2026-cı il tarixlərində Bakıdakeçiriləcək. Forum BMT-nin UN-HABITAT Proqramı ilə Azərbaycanhökuməti əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir müxtəlifölkələrdən hökumət, bələdiyyə, özəl sektor, vətəndaş cəmiyyəti,gənclər və akademik dairələr, eləcə də beynəlxalq təşkilatlarınnümayəndələrini bir araya gətirəcək.