
Ermənistan Milli Assambleyanın sədr müavini Ruben Rubinyan İrəvanda ABŞ dövlət katibinin müavini Elison Hukerlə görüşüb.
Missiya.Az xəbər verir ki, bu barədə Rubinyan özünün “Facebook” sosial media hesabında paylaşım edib.
“Biz regional hadisələri və Ermənistan-Türkiyə normallaşma prosesini müzakirə etdik”, - deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, Huker həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanla, xarici işlər naziri Ararat Mirzoyanla və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşlər keçirəcək.
Daşqın HəsənovMissiya.Az