ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İranın Hörmüz Boğazındakı beynəlxalq sularda hərəkət edən bir ticarət gəmisinə müdaxilə edərək onu qanunsuz şəkildə ələ keçirdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, CENTCOM-un yazılı açıqlamasında İran İnqilab Keşikçiləri Ordusunun Hörmüz Boğazında beynəlxalq sularda üzən, Marşall Adaları bayrağı altında olan M/V Talara adlı ticarət gəmisinə helikopterlə müdaxilə edərək onu ələ keçirdiyi bildirilir.
Açıqlamada qeyd olunur ki, gəmi daha sonra İranın ərazi sularına aparılaraq saxlanılıb və “İranın beynəlxalq sularda ticarət gəmisinə silahlı müdaxilə etməsi və onu hərbi güc vasitəsilə ələ keçirməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və bu, naviqasiya azadlığını və ticarətin sərbəst axınını pozur” ifadələrinə yer verilib. “Talara” adlı gəmi Birləşmiş Ərəb Əmirliklərindən Sinqapura doğru hərəkət edib.