AZ

Fransa və Almaniya yeni nəsil qırıcının birgə istehsalı layihəsindən imtina edə bilər - KİV

Bakı. Trend:

Rəsmi Berlin və Paris FCAS (Future Combat Air System) layihəsiçərçivəsində yeni nəsil qırıcı təyyarənin birgə hazırlanmasındanimtina edə bilərlər.

Trend xaricixarici KİV-ə istinadən xəbər verir ki, bu layihənin gələcəyi barədəhər iki ölkənin müdafiə nazirləri (Boris Pistorius və KatrinVotren) müzakirə edəcək.

“The Financial Times”ın öz mənbələrinə istinadən yazır ki,nazirlərin görüşü Almaniya kansleri Fridrix Mers və Fransaprezidenti Emmanuel Makron arasında çərşənbə axşamı Berlindəkeçiriləcək danışıqlar öncəsi baş tutacaq. Ölkələr 100 milyard avroayrılması planlaşdırılan FCAS layihəsini xilas etməyə çalışırlar.Layihə “Airbus” və “Dassault” kimi əsas iştirakçılar arasındakıfikir ayrılıqlarına görə pozulma təhlükəsi ilə üzləşib.

Müzakirə olunan variantlardan biri qırıcı təyyarəninhazırlanmasından imtina etmək, lakin Hərbi Hava Qüvvələri üçünAvropa operativ idarəetmə sisteminin yaradılması üzərində işi davametdirməkdir. Konsepsiyaya görə, bu sistem məlumatların buludyaddaşlarında (cloud) saxlanmasından istifadə etməklə qırıcıpilotları, təyyarənin özü, radarlar, sensorlar, PUA-lar və yerüstüdöyüş idarəetmə sistemləri arasında qarşılıqlı əlaqəni təminetməlidir.

Məqalədə:
Seçilən
56
az.trend.az

1Mənbələr