Yüksək Liqada VII turun oyunlarına təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, noyabrın 18-də "Olimpik Star"da keçiriləcək turun açılış oyunu FİFA referisi Hikmət Qafarlıya tapşırılıb. O, "Neftçi" İK – U-19 matçında əsas söz sahibi olacaq.
Günün ikinci oyununda - "Baku Fire" – "Lənkəran" qarşılaşmasında İmran Məhərrəmov iş başında olacaq.
Çempion "Araz-Naxçıvan"la "Şuşa" arasında keçiriləcək bağlanış matçında isə Ramil Namazov əsas hakim statusu daşıyacaq.
Qeyd edək ki, altı turdan sonra "Neftçi" 16 xalla zirvədə qərarlaşıb. Liderdən 3 xal az toplayan "Araz-Naxçıvan" ikincidir. İlk "üçlüy"ü tamamlayan "Baku Fire"nin isə hesabında 11 xal var.
Yüksək Liqa
VII tur
18 noyabr
13:00. Neftçi İK – U-19
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, Nihad Bağırov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Olimpik Star.
15:00. Baku Fire – Lənkəran
Hakimlər: İmran Məhərrəmov, Elgün Hüseynov, Anar Fərəcov.
Hakim-inspektor: Ramiz Əsədov.
Olimpik Star.
17:00. Araz-Naxçıvan – Şuşa
Hakimlər: Ramil Namazov, Mahir Məmmədov, Nahid Bağırov.
Hakim-inspektor: Murad Məmmədov.
Olimpik Star.