AZ

Əhvalı yüksəldən qidalar: Mütəxəssislər hansı yeməkləri tövsiyə edir?

Bəzi qidalar tərkibindəki amin turşuları, vitamin və minerallar sayəsində serotonin və dopamin kimi “xoşbəxtlik hormonları”nın artmasına kömək edir.
 

Pravda.az bildirir ki, araşdırmalara görə, gündəlik rasionda yer alan bəzi qidalar stressi azalda, enerjini artıra və ümumi əhval-ruhiyyəni yaxşılaşdıra bilər.


Əhvalı yüksəldən əsas qidalar:


Yumurta: Zəngin protein və bəzi vacib amin turşuları sayəsində əhvalın yaxşılaşmasına kömək edir.


Kinoa: Triptofanla zəngin olduğuna görə serotonin istehsalını artırır.


Balqabaq çəyirdəyi: Yalnız 20 qramında yüksək miqdarda triptofan var, stressi azaltmağa yardım edir.


Amarant: Protein və faydalı maddələrlə zəngindir, balanslı qidalanmada əhvalı dəstəkləyir.


Hind toyuğu: Triptofan, B12 vitamini və selenyum qaynağıdır, enerji və ruh halını yaxşılaşdırır.


Digər təsirli qidalar: Tünd şokolad, banan, qoz, günəbaxan tumu, quru əncir, paxlalılar, badam, avokado, acı bibər, sarımsaq və bal da mütəxəssislər tərəfindən “xoşbəxtlik qidası” sayılır.


Qeyd: Qidalanma mütəxəssisləri bu məhsulları gündəlik rasiona daxil etməyi tövsiyə edir. Bununla belə, yüksək kalorili və şəkərli qidaları həddindən artıq qəbul etməmək vacibdir.


Əminə Bayramova 

Tarix: 17 Noyabr 2025, 10:24   
Seçilən
64
pravda.az

1Mənbələr