Dünyanın ən böyük döyüş gəmisi olan USS Gerald R. Ford təyyarədaşıyan gəmisi zərbə qrupu ilə Karib dənizinə daxil olub.
XəzərNews.az xəbər verir ki, məlumatı ABŞ Hərbi Dəniz Qüvvələri yayıb.
Məlumatda bildirilir ki, aviadaşıyıcı zərbə qrupunun Venesuela ilə gərginlik fonunda Aneqada boğazından keçərək Karib dənizi bölgəsinə daxil olub.
"ABŞ-ın Cənub Komandanlığının məsuliyyət zonasında hərbi dəniz əməliyyatları hərbi nazir Pit Heqsetin vətəni qorumaq üçün transmilli cinayətkar təşkilatları sıradan çıxarmaq və narkotik terrorizmlə mübarizə üzrə prezidentin göstərişini dəstəkləmək üçün aviadaşıyıcı zərbə qrupuna əmr verməsindən sonra başlayıb", - bəyanatda deyilir.
ABŞ Hərbi Dəniz Qüvvələri USS Gerald R. Ford gəmisinin göyərtəsində 4000-dən çox dənizçi və onlarla taktiki təyyarənin olduğunu bildirib.
Xəbər 2 dəfə oxunub.