AZ

ABŞ aviadaşıyıcısı Karib hövzəsinə ÇATDI – bölgədə əməliyyatlar genişlənir

Musavat.com xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük aviadaşıyıcısı USS Gerald Ford rəsmi məlumatlara görə Karib dənizinə daxil olub. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, bölgədə Hərbi Dəniz Qüvvələrinin əməliyyatları müdafiə naziri Pitt Hegsethin göstərişindən sonra başlayıb. Hegseth aviadaşıyıcı zərbə qrupuna prezidentin “narkoterrorçuluğa və cinayətkar təşkilatlara qarşı mübarizə” direktivini dəstəkləməyi tapşırıb.

Aviadaşıyıcı zərbə qrupu artıq Karib dənizində olan qüvvələrə birləşəcək. Buraya:

Iwo Jima desant qruplaşması,

dəniz piyadalarının xüsusi bölmələri daxildir.

Xatırladaq ki, bundan əvvəl ABŞ ordusunun elit bölməsinin Venesuela sərhədləri yaxınlığında yerləşdirildiyi bildirilmişdi.
31 oktyabr tarixində ABŞ Ordusunun Karib hövzəsində yeni əməliyyata hazırlaşdığı açıqlanmışdı.

Prezident Donald Tramp da daha əvvəl bəyan etmişdi ki, ABŞ yaxın zamanda Venesueladakı narkokartellərə qarşı “quru əməliyyatları” mərhələsinə keçəcək.

 

Musavat.com

Seçilən
36
5
musavat.com

10Mənbələr