AZ

Rusiyada ali təhsildə yeni model: bakalavriat 4–6 il olacaq

Musavat.com xəbər verir ki, Rusiyada ali təhsil sistemi yenidən qurulur və bakalavriat müddəti artıq vahid standartla müəyyən edilməyəcək. Yeni qaydalara əsasən, təhsil müddəti hər ixtisasın tələb etdiyi hazırlıq səviyyəsinə uyğun olaraq 4 ildən 6 ilə qədər dəyişəcək.

Yeni modelə görə:

Mühəndislik, tibb və müəllimlik ixtisasları – 5 il

Turizm sahəsi – 4 il

Elmi-texniki və mürəkkəb ixtisaslar – 6 il

Rusiya Təhsil Nazirliyinin açıqlamasında bildirilir ki, məqsəd əmək bazarının tələblərinə cavab verən, daha peşəyönümlü və çevik təhsil mexanizmi yaratmaqdır.

Keçid mərhələsi

Aparıcı universitetlər yeni sistemə 2026–2027-ci tədris ilindən keçməyə başlayacaq.

Ümumi, kütləvi keçid isə 2027–2028-ci tədris ilində həyata keçiriləcək.

Rəsmi qurumun sözlərinə görə, bu dəyişiklik ali təhsilin keyfiyyətini artırmaq, tələbələrin praktiki bacarıqlarını gücləndirmək və ixtisaslar üzrə rəqabətqabiliyyətliliyi yüksəltmək məqsədi daşıyır. 

 

Musavat.com

Seçilən
103
22
musavat.com

10Mənbələr