AZ

ABŞ-nin ən güclü aviadaşıyıcısı Karib dənizinə daxil olub

USS Gerald R. Ford aviadaşıyıcı gəmisi narkoterrorizmə qarşı əməliyyatlara rəhbərlik edəcək...

ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük və ən müasir aviadaşıyıcısı USS Gerald R. Ford aviadaşıyıcısı və onu müşayiət edən zərbə qrupu Anqada boğazını keçərək Karib dənizinə daxil olub.

Poliqon xəbər verir ki, bu barədə məlumatı ABŞ Donanması yayıb.

Açıqlamaya görə, Cənub Komandanlığının məsuliyyət zonasındakı əməliyyatlar ABŞ müdafiə naziri Pit Hegsetin göstərişi ilə başlayıb. O, aviadaşıyıcı zərbə qrupuna prezidentin transsərhəd cinayətkar qrupların zərərsizləşdirilməsi və narkoterrorizmlə mübarizə barədə direktivini dəstəkləməyi tapşırıb. Məqsəd ABŞ-ın təhlükəsizliyini gücləndirmək və regionda cinayətkar şəbəkələrin fəaliyyətinə mane olmaqdır.

Dünyanın ən güclü aviadaşıyıcılarından sayılan USS Gerald R. Ford-un göyərtəsində 4 mindən çox hərbçi və onlarca taktiki hərbi təyyarə yerləşir. Gəmi həm kəşfiyyat, həm hava nəzarəti, həm də yüksək dəqiqlikli zərbə imkanları ilə ABŞ-ın dəniz gücünün əsas rəmzlərindən biri hesab olunur.

Ekspertlər qeyd edirlər ki, Ford zərbə qrupunun Karib hövzəsində görünməsi Vaşinqtonun regiondakı təsirini artırmaq cəhdidir. ABŞ uzun illərdir ki, Karib dənizində narkotik ticarəti ilə məşğul olan qruplara qarşı əməliyyatlar aparır və bu missiya Cənubi və Mərkəzi Amerika marşrutları üzərindən ABŞ-a daxil olan narkotik axınını azaltmağı hədəfləyir.

Gözləntilərə görə, zərbə qrupu qarşıdakı həftələrdə həm patrul, həm də kəşfiyyat missiyalarını yerinə yetirəcək, müttəfiq ölkələrlə birgə koordinasiya olunmuş əməliyyatlar keçirəcək.

Poliqon.info

Seçilən
134
5
poliqon.info

10Mənbələr