BAKI, 17 noyabr. TELEQRAF
ABŞ-nin təyyarədaşıyan gəmisi "Gerald R. Ford" Karib dənizinə daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.
Komandir Elvin Holsi bildirib ki, "Gerald R. Ford" təyyarədaşıyan gəmisinin zərbə qrupunun yerləşdirilməsi Qərb yarımkürəsinin təhlükəsizliyini qorumaq məqsədi daşıyır.