Futbol üzrə Azərbaycan millisi bu gün meydanda aqressiv davranıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fransa yığmasının baş məşqçisi Didye Deşam mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan komandasına qalib gəldikləri (3:1) matçla bağlı fikirlərini bölüşüb:
"Burada məqsədimiz işimizi görmək idi. Birinci hissə çətin oldu. Rəqib çox aqressiv davranırdı. Sonda qalib gəldik. Oyunçularla danışdım. Növbəti matçlara da hazırıq".
O, hesabda geri düşmələrinə də münasibət bildirib:
"Oyunlar 90 dəqiqə olur. Təəssüf ki, aqressiv və dinamik komanda ilə qarşılaşdıq. Rəqib qol vurdu, amma sonra vəziyyəti dəyişə bildik. Əlimizdən gələni etdik və qələbə qazandıq".