AZ

“Arsenal”a bəd xəbər

“Arsenal”ın və Braziliya millisinin mərkəz müdafiəçisi Qabriel Maqalyains Seneqal yığmasına qarşı keçirilən yoldaşlıq oyununda (2:0) zədə alıb.

Publli.az xəbər verir ki, o, matçın 64-cü dəqiqəsində meydanı tərk edib. Oyundan sonra Cənubi Amerika komandasının baş məşqçisi Karlo Ançelotti futbolçunun durumuna münasibət bildirib.

“Qabrielin zədəsinin ciddi olub-olmadığını bilmirəm. Görünür, o, aparıcı əzələsində nəsə hiss etdi. Sabah müayinədən keçəcək. Bunun baş verməsi bizi çox məyus etdi. Ona tezliklə sağalmağı arzulayıram”.

Seçilən
48
2
publika.az

3Mənbələr