Florentino Perezin "Real Madrid" üçün hazırladığı yeni plan açıqlanıb.

Offsideplus.az xəbər verir ki, o, klubun yenidən qurulması üçün "Real Madrid"in 5–10%-lik payının xarici bir şirkət vasitəsilə investorara satılmasını təklif edir.

- Mövcud klub strukturu dəyişməyəcək
- Sosio sistemi eyni qalacaq — azarkeş-üzvlər sosios olaraq qalır.
- Klubun hüquqi forması “İdman Anonim Cəmiyyəti”nə çevrilməyəcək. 
- Sosios üçün yeni sistem
- Hər bir sosio 1 səhm alacaq, bundan artığına sahib ola bilməyəcək.
- Səhmlər yalnız socios arasında alınıb-satıla biləcək.
- Klubun 10%-lik payı üçün investorların ödəyəcəyi məbləğ, həm klubun ümumi dəyərini, həm də hər bir səhmın dəyərini müəyyən edəcək.
- Səhmlərin sayı sabitləşdiriləcək
- Ümumi səhmlər sayı təklifin təsdiqləndiyi gün mövcud olan socios sayına bərabər olacaq (23 noyabr). Keçən il bu rəqəm 95.612 idi.