BAKI, 16 noyabr. TELEQRAF
Abşeron rayonunun Qobu qəsəbəsində yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bir dam altında tikilən ümumi sahəsi 110 m² olan birmərtəbəli evlərdən ibarət sahəsi 30 m² olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.