AZ

Film kimi OLAY: Qulluqçunun milyonçu olduğu ÜZƏ ÇIXDI

Honkonqda İndoneziyadan olan 20 yaşlı qulluqçu qızın işlədiyi evin sahibləri şoka düşüblər: qız gizli milyonçu olub,

Musavat.com xəbər verir ki, bu barədə "Mothership" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, bir neçə il əvvəl əcnəbi qadın ailədə işləməyə başlayıb. O, bu yaxınlarda öz ölkəsində evlənməyi planlaşdırdığı üçün müqaviləsinə vaxtından əvvəl xitam verilməsini istəyib.

Ailə onun evlilik fırıldaqının qurbanı ola biləcəyindən narahat olub, lakin o, əri ilə uzun müddət əlaqə saxladığını və ərinin onu maddi cəhətdən dəstəklədiyini bildirib.

Sonradan məlum olub ki, qız çox varlı ailədəndir və İndoneziyada ferma, qəhvə və lobya plantasiyasına sahib olub.

O, "real həyatı yaşamaq" üçün qulluqçu kimi işləməyə qərar verdiyini deyib.

Musavat.com

Seçilən
366
38
musavat.com

10Mənbələr