AZ

Ukrayna PUA-larına görə Rusiyada uçuşlar dayandı

Voloqrad aeroportunda üç reysin qəbulu gecikdirilib

Voloqrad beynəlxalq aeroportuna üç gələn reysin qəbulu məhdudiyyətlər səbəbindən gecikdirilib.

Minval.info xəbər verir ki, gecikməyə şəhərə PUA hücumundan sonra tətbiq edilən müvəqqəti uçuş məhdudiyyətləri səbəb olub.

“İki Moskva reysi və bir Dubay reysi ləngiyib”, – məlumatı hava limanının nümayəndəsi Anastasya Qolodova TASS-a açıqlayıb. Məhdudiyyətlər sonradan qaldırılsa da, reyslərin qəbulu mümkün olmayıb.

Xatırladaq ki, gecə saatlarında Voloqrad PUA hücumuna məruz qalıb. Hücum nəticəsində çoxmərtəbəli binaların fasadları və şüşələri zədələnib, üç sakin xəsarət alıb, binalardan birində yanğın baş verib.

Sakinlər üçün 51 nömrəli məktəbdə və 7 nömrəli liseydə müvəqqəti yerləşdirmə məntəqələri hazırlanıb.

Seçilən
243
minval.info

1Mənbələr