AZ

İMQ Qəzzanın şimalında HƏMAS a aid tunelin məhv edildiyini açıqlayıb

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İsrail Müdafiə Qüvvələri (İMQ) HƏMAS tərəfindən təxminən bir il əvvəl hərbçilərə qarşı ölümcül hücum təşkil etmək üçün istifadə olunan Qəzza zolağının şimalındakı tuneli məhv edib.

"Report"un məlumatına görə, bu barədə İMQ-nin mətbuat xidməti açıqlama yayıb.

İMQ bildirib ki, tunelin uzunluğu təxminən bir kilometr, dərinliyi isə onlarla metr olub.

Xatırladaq ki, 2024-cü ilin dekabrında HƏMAS-ın hücumu nəticəsində "Kfir" briqadasının "Şimşon" batalyonundan üç israilli hərbçi həlak olmuşdu.

Qeyd olunur ki, son həftələrdə "Şimşon" batalyonunun hərbçiləri Beit-Hanun bölgəsində, İsrail tərəfinin "sarı xətt" adlanan hissəsində fəaliyyət göstərərək HƏMAS-ın qalan infrastrukturunu, o cümlədən hücum üçün istifadə olunan tuneli məhv etməyə çalışıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
90
bizimyol.info

1Mənbələr