Pakistanın Heydərabad şəhərində atəşfəşanlıq fabrikində baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb, daha 7 nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Samaa TV" məlumat yayıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını ala bilib. Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Zavodun binasına ciddi ziyan dəyib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayış çay sahilində əkin sahələri arasında tikilmiş yeraltı obyektdə baş verib.
Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.