Azərbaycanın MMA döyüşçüsü Məhəmmədəli Osmanlı “UAE Warriors” təşkilatında növbəti görüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı təmsilçimiz tacikistanlı idmançı Baxtovar Yunusov üzərində qələbə qazanıb.

Məhəmmədəli rəqibini ikinci raundda boğucu fəndlə məğlub edib.

Bununla da o, rekordunu 12-0 yüksəldib.