AZ

Millimiz Avropa çempionatının seçmə mərhələsinin ikinci matçında məğlub oldu

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində ikinci matçını keçirib. Ajans.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Şimali İrlandiya ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 1:0.

Xatırladaq ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına böyük hesabla məğlub olmuşdu - 1:6.

Seçilən
70
5
Ajans.az

6Mənbələr