AZ

Jurnalistlər Birliyinin əmlakı Ermənistana qaytarılır - Məhkəmə iddiası

BAKI, 15 noyabr. TELEQRAF

İnzibati Məhkəmə Jurnalistlər Birliyinin binasının Ermənistan Respublikasına qaytarılması ilə bağlı iddiaya baxacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının deputatı Sisak Qabrielyan öz "Facebook" səhifəsində məlumat verib:

"Ərazi İrəvanın mərkəzində yerləşir, təxminən 2400 kvadratmetrdir və bazar dəyəri təqribən 3-5 milyon ABŞ dollarıdır. Baş Prokurorluqdan mənə məlumat verilib ki, struktur mənim və Milli Assambleyanın sədri Alen Simonyanın bir neçə ay əvvəl göndərdiyi məktuba baxıb. Bu, bizim fikrimizcə, qeyri-qanuni olaraq Ermənistanın mülkiyyətinə çevrilmiş minlərlə mülkdən sadəcə biridir. Müxtəlif şəxslərə və ya təşkilatlara ötürülüb”.

"Əmlakların əksəriyyəti heç vaxt ictimai maraqlara xidmət etməyib və dövlət bu obyektlərin özgəninkiləşdirilməsindən və ya icarə gəlirlərindən demək olar ki, heç nə almayıb", - Qabrielyan qeyd edib.

Deputat əlavə edib ki, Jurnalistlər Birliyinin sənədlərinin öyrənilməsi nəticəsində prokurorluq cinayətlə bağlı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə protokol təqdim edib və İnzibati Məhkəmə yaxın vaxtlarda prokurorluğun sənədlərin etibarsız sayılması və əmlakın Ermənistan Respublikasına qaytarılması ilə bağlı iddiasına baxacaq.

Seçilən
130
teleqraf.com

1Mənbələr