DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.
"Football-plus.az" xəbər verir ki, L qrupunda yer alan Monteneqro millisi səfərdə Cəbəllütariqin qonağı olub.
“Qarabağ”dan Monteneqro yığmasına dəvət alan Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan yarımmüdafiəçi 74-cü dəqiqədə Miloş Brnoviçlə əvəzlənib.
Görüş Monteneqro yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
7 oyundan sonra 9 xalı olan Monteneqro millisi qrupda dördüncüdür. Komanda seçmə mərhələnin son matçında noyabrın 17-də öz meydanında Xorvatiyanı qəbul edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta