19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.
"Cebheinfo.az" xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
"Sentenari" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Qarşılaşmanı Qazaxıstandan və Maltadan olan hakimlər briqadası idarə edəcək.
15 noyabr
17:30, Şimali İrlandiya (U-19) - Azərbaycan (U-19)
"Sentenari" stadionu, Ta Qali.
Baş hakim: Sayat Karabayev (Qazaxıstan).
Baş hakimin köməkçiləri: Aleksey Dolqix (Qazaxıstan), Andrea Pavia Skiavone (Malta).
Dördüncü hakim: Ezekiel Barbara (Malta).
Qeyd edək ki, 19 yaşadək futbolçulardan ibarət millimiz seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına 6:1 hesabı ilə məğlub olub.
"Cebheinfo.az"