Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyədə yol qəzasında həlak olan azərbaycanlı jurnalist Emin İbrahimovun cənazəsi Bakıya gətirilib.
Bu barədə “Qafqazinfo”ya mərhumun atası Rəşid İbrahimov məlumat verib.
Emin İbrahimov bu gün Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimdə mərhumun ailə üzvləri, dostları və həmkarları iştirak ediblər.
Qeyd edək ki, 44 yaşında vəfat edən jurnalist “Euronews” telekanalında fəaliyyət göstərirdi.
O, xüsusilə 44 günlük Vətən müharibəsində hazırladığı reportajlarla tanınıb.
Sail Ağasəlim
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.