AZ

Pedri keçmiş məşqçiləri haqqında danışdı

“Barselona”nın yarımmüdafiəçisi Pedri klubun keçmiş məşqçilərinə dair fikirlərini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, “BarcaTimes” 22 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

“Koemana həmişə minnətdar olacağam, çünki o, mənim debüt etməyimə şərait yaratdı və mənim tanınmadığım vaxtlarda güvəndi. Xavi isə ümidləri geri qaytardı və heç kim gözləmədiyi halda çempion olduq. Xavi klubun əfsanəsidir və gənclərə inanır. Fliklə bir addım daha irəli getdik; o, lazım olanda sərtdir, amma əylənmək zamanı biz çox gülürük. Adətən sakitdir, amma onu əsəbləşdirmək olmaz”

Cari mövsümdə Pedri 13 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
106
90deqiqe.az

1Mənbələr