AZ

Süleyman Mikayılov Sanqaçal qəsəbəsində  növbəti səyyar qəbul keçirib

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun növbəti səyyar qəbulu Sanqaçal qəsəbəsində keçirilib...

Poliqon xəbər verir ki, 14 noyabr 2025-ci il tarixində, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun növbəti səyyar qəbulu Sanqaçal qəsəbəsində keçirilib.

Qəbulda rayon sakinləri, hüquq mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri ilə yanaşı, müxtəlif sahələrdən olan mütəxəssislər də iştirak ediblər. Görüşdə 50-dən çox sakin müxtəlif məsələlərlə çıxış edərək, problemlərinin həlli üçün rəhbərlikdən dəstək istəyib.

Süleyman Mikayılov sakinləri fərdi şəkildə dinləyərək, qaldırılan məsələlər barədə aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını vermiş və bir çox müraciətlər yerindəcə həll edilib. Başçı, sakinlərin qaldırdığı məsələləri diqqətlə dinləyərək, dərhal tədbirlər görərək, problemlərin ən qısa zamanda aradan qaldırılmasına çalışıb.

Qəsəbə sakinləri, hər zaman olduğu kimi, əhalinin sosial rifahının yaxşılaşdırılması və problemlərin sürətli həlli istiqamətində həyata keçirilən tədbirlərdən məmnun olduqlarını bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Qəbuldan sonra, Süleyman Mikayılov Sanqaçal qəsəbəsindəki digər problemləri yerindəcə qiymətləndirmiş və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti şəxslərə tapşırıqlarını vermişdir. Bu kimi səyyar qəbul və görüşlər, sakinlərlə birbaşa ünsiyyət qurmaq və onların problemlərini sürətlə həll etmək məqsədini güdür, həmçinin yerli idarəetmənin daha da güclənməsinə xidmət edir.

 

Poliqon.info

Seçilən
107
2
poliqon.info

3Mənbələr