AZ

ABŞ-da qorxu artır -F-35 texnologiyası Çinin əlinə keçə bilər

ABŞ administrasiyası Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satılması ilə bağlı danışıqları davam etdirərkən, Pentaqonda ciddi narahatlıq yaranıb.

Musavat.com xəbər verir ki, “The New York Times” yazır ki, ABŞ kəşfiyyatı bu saziş nəticəsində Çinin F-35 texnologiyalarına çıxış əldə edə biləcəyindən ehtiyat edir.

Mənbələrin məlumatına görə, Pentaqonun kəşfiyyat hesabatında Səudiyyə Ərəbistanı ilə Pekin arasındakı siyasi və hərbi yaxınlıq xüsusi risk faktoru kimi göstərilib. Qeyd olunur ki, Çin son illərdə Səudiyyə ilə iri müdafiə layihələrində, süni intellekt və raket texnologiyalarında əməkdaşlığı gücləndirib.

NYT yazır:

“Tramp administrasiyası F-35 satışının şərtlərini razılaşdırmağa çalışdığı bir vaxtda, Pentaqonun kəşfiyyat hesabatında Çin tərəfindən texnologiyanın ələ keçirilməsi ehtimalı narahatlıq doğurur”.

Ekspertlər bildirirlər ki, F-35 dünyanın ən yüksək səviyyəli hərbi təyyarə proqramıdır və radar gizlənməsi, avionika və məlumat şifrələmə sistemləri Çinin əldə etməyə çalışdığı texnoloji üstünlüklər sırasındadır. ABŞ bu texnologiyanın üçüncü ölkələr vasitəsilə sızma riskini çox ciddi qəbul edir.

Müzakirələr davam edir və administrasiya Çinə keçid ehtimalını minimuma endirən əlavə təhlükəsizlik zəmanətləri tələb edə bilər.

Musavat.com

Seçilən
187
7
minval.info

3Mənbələr