AZ

Messini izləmək üçün 20 mindən çox insan məşqə qatıldı

Argentina millisinin və ABŞ-nin “İnter Mayami” komandasının futbolçusu Lionel Messi İspaniyanın “Elçe” klubunun stadionunda məşq edib.

Oxu.Az Goal.com-a istinadən xəbər verir ki, Argentina millisinin Anqola ilə keçirəcəyi yoldaşlıq matçından əvvəl İspaniyada təlim-məşq toplanışı keçib.

Argentina yığmasının “Manuel Martines Valero” arenasında keçirilən təlim-məşq toplanışını 20 mindən çox insan izləyib.

Millinin iki gün əvvəlki məşqi bağlı qapılar arxasında keçirilib. Lakin yenə də azarkeşlər Messini görmək üçün təpələrə, hasarlara və damlara dırmaşıblar. Onların bu əzmkarlığı Argentina Futbol Assosiasiyasını son anda qərar dəyişikliyi etməyə və növbəti məşqi ictimaiyyətə açıq elan etməyə sövq edib.

Məşq sessiyasından sonra Messi sosial şəbəkədə azarkeşlərə öz təşəkkürünü bildirib:

“Uzun müddətdir burada deyiləm, amma belə dəstəyi hiss etmək həqiqətən xoş idi. Gələn hər kəsə təşəkkür edirəm, tribunalarda çoxlu argentinalı var idi. Hamınızı yenidən görmək çox gözəl idi”.

Seçilən
298
5
minval.info

6Mənbələr