AZ

Azərbaycan iqtisadiyyatı 1 %-dən çox böyüyüb

2025-ci ilin on bir ayında  Azərbaycanda 106 milyard 435,4 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 % artıb.

10 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 10 393 manat olub.

Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.
 
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
 
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.

Aytac Zeynalova

 

Seçilən
78
24
anews.az

10Mənbələr