AZ

Tanınmış psixoloqa qarşı dələduzluq - “Yeni Klinika”ya görə pul verib

BAKI, 14 noyabr. TELEQRAF

Bakıda qardaşı arvadını“Yeni Klinika”ya işə düzəltməyə çalışan “Soul Psixologiya və Nitq Mərkəzi”nin rəhbəri Ofelya Məmmədova dələduzluğun qurbanı olub.

Teleqraf-ın məlumatına görə, işə Sabunçu Rayon Məhkəməsində baxılıb.

Belə ki, özünü “Uğur” inkişaf mərkəzinin rəhbəri kimi təqdim edən Günel Qurbanova tədbirlərdən tanış olduğu Ofelya Məmmədovanın etibarını qazanıb, şəhid ailələrinə, işsizlərə kömək etdiyini bildirib.

Ofelya Məmmədova isə qardaşının həyat yoldaşının tibb bacısı olduğunu bildirəklə yanaşı, hazırda onun işsiz olduğunu qeyd edib. Günel isə həmin xanımı “Yeni Klinika”ya işə düzəldə biləcəyini, bunun üçün 3 min manat lazım olduğunu vurğulayıb.

Ofelya Məmmədovadan 2 min manat alan Günel, sonradan müxtəlif bəhanələrlə məsələdən boyun qaçırıb. Zərərçəkən daha bir tanışının da Günel tərəfindən dələduzluğua məruz qaldığını öyrəndikdən sonra polisə müraciət edib.

Sabunçu Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxsin azadlığı 2 il 3 ay müddətinə məhdudlaşdırılıb.

Qeyd edək ki, Ofelya Məmmədova eyni zamanda 1 saylı Respublika Psixiatriya Xəstəxanasında və özəl klinikaların birində klinik psixoloq kimi çalışır.

Seçilən
83
teleqraf.com

1Mənbələr