AZ

Cabir İmanovun şəhərin mərkəzində mağazası varmış

Mərhum Əməkdar artist Cabir İmanovun şəhərin mərkəzində mağazası var imiş.

Minval.info xəbər verir ki, bu haqda Əməkdar artist Bəhram Bağırzadə paylaşım edib.

O bildirib ki, Cabir İmanov mağazasında öz əl işlərini satırmış. 

“Bu məkan dostumuz Cabir İmanovun ruhunun bir parçasını qoruyub saxlayır, bizi çox erkən tərk edən Cabirim. Buradakı hər bir şey – “Qarabağ”, “Şirvan”, “Naxçıvan” saatları, zərif kəlağayılar və şərflər, qalstuklar və kəpənəklər, eksklüziv çilçıraqlar onun dizaynıdır. Burada Cabirin böyük və mərhəmətli qəlbindən doğulan ideyaları və istedadının zərrələri yaşayır”, – deyə Bəhram Bağırzadə əlavə edib.

Qeyd edək ki, C.İmanov bir ay əvvəl idman zalında infarkt keçirib və dünyasını dəyişib.

Seçilən
29
12
minval.info

10Mənbələr