AZ

Metroda nə baş verir?

Metronun “20 Yanvar” stansiyasında sıxlıq yaranıb.

“Minval.info”ya daxil olan məlumata görə, metroya insanların tək-tək yoxlanılaraq buraxıldığı bildirilir.

Bu isə əhali arasında narahatlıq yaradıb.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hər şey qaydasındadır:

“Sərnişinlər turniketlərdən normal keçir, platformada xüsusi qeyd olunacaq sıxlıq yoxdur, qatarlar qrafik üzrə normal hərəkət edir”.

Minval.info

Seçilən
147
4
minval.info

2Mənbələr