AZ

Gürcüstanın sabiq Baş naziri həbs edildi

Gürcüstanın sabiq Baş naziri, “Qaxariya naminə Gürcüstan” Partiyasının lideri Giorgi Qaxariya barəsində qiyabi qaydada həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə gürcü mətbuatı məlumat yayıb.
 

Qeyd edək ki, G.Qaxariya 2017-2019-cu illərdə Gürcüstanın daxili işlər naziri, 2019-2021-ci illərdə Baş naziri olub.


O, bu ilin iyununda Gürcüstanı tərk edib və hazırda Almaniyada uzunmüddətli viza əsasında yaşayır.

Bizim.Media

Seçilən
12
4
bizim.media

8Mənbələr