AZ

70-dən çox futbolçu FİFA-ya İsrail ilə bağlı çağırış etdi

BAKI, 13 noyabr. TELEQRAF

70-dən çox futbolçu UEFA prezidenti Aleksander Çeferinə müraciət edərək İsrail idmançılarının beynəlxalq yarışlarda iştirakına qadağa qoyulmasını tələb edib.

Teleqraf xəbər verir ki, sənədi imzalayanlar arasında Fransa millisinin vaxtilə üzvü olmuş Pol Poqba, Mərakeş millisinin baş mqçisi Hakim Ziyeç və digər məşhur futbolçular da var.

"Heç bir arena soyqırım, aparteid və bəşəriyyətə qarşı digər cinayətlər törədən rejimin üzünə açıq olmamalıdır", - bəyanatda deyilir.

Xatırladaq ki, 2022-ci ilin fevralında Beynəlxalq Futbol Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya milli komandasına, o cümlədən gənclər komandalarına öz turnirlərində iştirakı qadağan edib. Futbolşular oxşar qadağanın İsrailə də şamil edilməsini vacib sayırlar.

Seçilən
20
teleqraf.com

1Mənbələr