Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Futbol üzrə milli komandamız baş məçqçi dəyişikliyindən sonra da özünə gələ bilmədi. Uğursuz oyunlar yenə bir-birini əvəz edir. İslandiyaya məğlubiyyət həm də Dünya Çempionatının final mərhələsinə nəzəri şanslara son qoydu. Eyni zamanda, Ayxan Abbasovun komandasının seçmə mərhələdə yer aldığı qrupda mübarizəni axırıncı pillədə başa vuracağı dəqiqləşdi.
Bizimyol.info xəbər verir ki, oyunun taleyinə hələ birinci hissədə aydınlıq gəlib. 20-ci dəqiqədə Yohann Qudmundsson, 39-cu dəqiqədə isə Sverrir İnqason Aydın Bayramovun qoruduğu qapıya yol tapıb. Buna qədər keçirdiyi 4 oyunda cəmi 1 xal toplayan milli komandamız bu dəfə öz meydanında 0:2 hesabıyla uduzub.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin qol şansları olsa da, heç cür dəqiqlik nümayiş etdirmək alınmayıb. Ümumilikdə islandların ustalıq səviyyəsinin daha üstün olması hər vacib epizodda özünü göstərib. Ola bilər ki, milli komandaya yerli baş məşqçi gətirmək ideyası uğurludur. Amma komandanın oyun üslübunda ciddi dəyişiklik hiss olunmur. Kadr çatışmazlığı yaxşı nəticə ortaya qoymağa çox mane olur.
Bizimlə birlikdə Ermənistan da Dünya Çempionatına vəsiqə qazanmaq şansını itirib. Öz meydanında Macarıstana məğlubiyyət (0:1) həlledici olub. Norveç isə, demək olar, vəzifəni yerinə yetirib. Keçiridiyi 7 oyunun hamısında qələbə qazanan şimal ölkəsinin komandası birbaşa vəsiqəni yalnız İtaliya ilə son qarşılaşmada 4 top fərqi ilə uduzacağı halda əldən verə bilər. Bu görüşlərdə qapısında cəmi 4 top görən, əvəzində 33 qol vuran komandanın bu qədər aciz olacağı inandırıcı deyil.
Afrika gözdən-könüldən uzaqdır, çox şeydən xəbər tutmuruq. Dünya Çempionatında Nigeriya və Kamerundan birini görməyəcəyik. Çünki “qara qitə”nin iki məşhur təmsilçisindən heç biri mundiala birbaşa vəsiqə qazana bilməyib. Hər iki kollektiv 4 milli komandanın yarışdığı pley-off mərhələsində yeganə vəsiqə üçün vuruşur. Nigeriya Qabonla mübarizədən qalib çıxıb. 4:1 hesabı ilə qalib gələn nigeriyalılar daha bir qələbə təqdirində Dünya Çempionatında oynamaq hüququ əldə edə bilər.
Aytən, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.