BAKI, 13 noyabr. TELEQRAF
"Çox istərdik ki, məğlub olmayaq. Qələbəyə köklənmişdik, amma alınmadı. Ayxan Abbasova da təşəkkür edirəm ki, mənə də şans verdi".
Bunu Teleqraf-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin debütandı Rüfət Abdullazadə deyib.
Yığmamızın üzvü penalti epizodunu da şərh edib:
"Düşünürəm ki, penalti idi. Çünki ayağıma müdaxilə olmuşdu. Epizodu hələ izləyə bilməmişəm".
Fransa ilə matçdan da söz açan Abdullazadə bildirib ki, layiqli mübarizə aparmaq üçün çalışacaqlar.