İtaliya çempionu “Napoli” heyətini gücləndirməyi planlaşdırır.
90deqiqe.Az “Sport Mediaset”ə istinadən xəbər verir ki, Neapol təmsilçisi “Liverpul”un cinah oyunçusu Federiko Kyezanı icarəyə götürmək niyyətindədir. İtaliya klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Kyeza hazırda “Liverpul”da kifayət qədər oyun vaxtı almır. Premyer Liqa və Çempionlar Liqasında o, əsas heyətdə iştirak etməyib, yalnız İngiltərə Kubokunda start heyətinə daxil olub. Transfermarkt portalının qiymətləndirməsinə görə, Federiko Kyezanın dəyəri 18 milyon avrodur.
Hazırda “Napoli” Seriya A cədvəlində 4-cü pillədədir.