AZ

Ayxan Abbasov: "İslandiya ilə oyunda sadə qollar buraxdıq"

Azərbaycan millisi İslandiya ilə qarşılaşmada sadə qollar buraxıb.

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib.

Mütəxəssis İslandiya yığmasına qarşı keçirdikləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

"İslandiya ilə matçda xal qazanmağı çox istəyirdik. Təəssüf ki, uduzduq. Rəqibin gücünə bələd idik. Digər rəqibimiz Ukrayna ilə müqayisədə İslandiya daha güclüdür. Sadə qollar buraxdıq. Heyətdəki itkiləri unutmamalıyıq. Fransa ilə son oyunumuza hazırlaşacağıq".

Qeyd edək ki, Azərbaycan - İslandiya matçı rəqib komandanın 2:0 hesablı qələbəsi ilə bitib.

Seçilən
6
fanat.az

1Mənbələr